logo

Sumqayıtda “Kalaşnikov” satan şəxs saxlanılıb

09:39 15-02-2024 | icon 637
Sumqayıtda “Kalaşnikov” satan şəxs saxlanılıb

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı 1985-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş paytaxt sakini Yaqub Dadaşov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib  ki, ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin, eləcə də “Kalaşnikov” markalı avtomat, patron darağı və 33 ədəd patron aşkar olunaraq götürülüb.

Y.Dadaşov silah-sursatı bir müddət əvvəl əldə etdiyini və satmaq niyyəti ilə özündə saxladığını bildirib, araşdırmalar davam etdirilir.