2023-cü ildə Azərbaycanda 112 min 620 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci illə müqayisədə azalaraq 12,2-dən 11,1-ə düşüb.
YeniAvropa Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz təşkil edib. Körpələrin 3 min 410-u əkiz, 147-si üçəm, 4-ü isə dördəm doğulanlardır.