logo

Müşfiqabadda növbəti ağacəkmə aksiyası keçirilib

16:11 14-02-2024 | icon 665
Müşfiqabadda növbəti ağacəkmə aksiyası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi(ETSN) və “Global Media Group”un təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, “Global Media Group”, “Global Management” və qrupa daxil olan digər şirkətlərin əməkdaşlarının, ETSN-nin, Medianın İnkişafı Agentliyinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsinin 1 hektar ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, vətəndaşları ağac əkməyə təşviq etməklə təbiətə töhfə verməkdir.