Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, sərəncamla Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
Qeyd edək ki, bundan əvvəl MİDA-nın İH-nin sədri Samir Nuriyev idi. Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası prezidentinin 21 aprel tarixli sərəncamı ilə Samir Nuriyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilib. O vaxtdan MİDA İdarə Heyətinin sədri postu boş idi, S.Sadıqov isə MİDA-da sədr müavini vəzifəsini tuturdu.