Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.
YeniAvropa xəbər verir ki, bu barədə Şəmkir rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Qeyd edilib ki, 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədova yedikləri dönərdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
Zərərçəkənlər fevralın 13-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "Mersin" dönər evindən aldıqları dönəri yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.
Zəhərlənən şəxslərə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.