logo

BŞDYPİ Aşura günü ilə bağlı sürücülərə müraciət edib

17:02 19-09-2018 | icon 2569
BŞDYPİ Aşura günü ilə bağlı sürücülərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sentyabrın 20-də keçiriləcək Aşura mərasimi ilə bağlı sürücülərə müraciət edib.

YeniAvropa xəbər verir  ki, DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, Aşuru günü ilə bağlı keçiriləcək dini mərasimlərlə əlaqədər olaraq məscidlərin və ziyarətgahların ətrafında sıxlıq yaranmaması üçün mərasim yerinə gələnlər bəzi qaydalara əməl etməlidirlər: “Yol polisi Aşura günü gücləndirilmiş iş rejimində çalışacaq. İlk növbədə məscidlərin və mərasim keçiriləcək digər yerlərin yaxınlığında avtomobili yolun hərəkət hissəsində, ikinci və üçüncü cərgədə saxlamaq digər sürücülərin hərəkətinə maneə yaratmaqdır. Bununla da onlar öz rahatlığı naminə başqalarını narahat etmiş olurlar. Sürücülərin diqqətinə çatdırırıq ki, mərasim yerlərinin yerləşdiyi küçə və prospektlərdə digər nəqliyyat vasitələrinin rahat hərəkəti üçün avtomobili harada gəldi saxlamasınlar. Hökm deyil ki, məscidə gələn şəxs maşını mütləq məscidin qarşısında saxlamalıdır. Bir qədər kənarda, başqa küçədə, park yerində də saxlamaq olar. Yol hərəkəti qaydalarına riayət etməklə mərasimi başa çatdırmaq daha yaxşı olardı. Ümumiyyətlə, mərasimə qatılmaq istəyənlərə ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edirik”.