logo

Paytaxtda iki marşrutun hərəkət sxemi dəyişdirildi

13:31 19-09-2018 | icon 2310
Paytaxtda iki marşrutun hərəkət sxemi dəyişdirildi

Metronun “Xətai” stansiyasının təmirə bağlanması ilə əlaqədar ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etmək məqsədilə 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik ediləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. Qeyd edilib  ki, stansiya bağlanan gündən təmir işləri tam başa çatanadək 30 və 49 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Xocalı prospekti, Yusif Səfərov küçəsi ilə hərəkət etməklə, son dayanacaq məntəqələri 28 May küçəsinədək (Səməd Vurğun bağının ətrafı) hərəkət edəcək.