Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da və 7-də ümumi çəkisi 10,3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin və 9 kiloqramdan çox marixuana olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.