logo

Sabah Bakıda qısamüddətli yağış yağacaq, 13° isti olacaq

13:33 05-02-2024 | icon 987
Sabah Bakıda qısamüddətli yağış yağacaq, 13° isti olacaq

Azərbaycanda fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək, axşama doğru zəifləyəcək. Havanın temperaturunun gecə 4-8°, gündüz 9-13° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 751 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturunun gecə 1-6°, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı bildirilir.