logo

Tərtərdə minaya düşən kişinin ayağı amputasiya edilib

12:52 05-02-2024 | icon 1659
Tərtərdə minaya düşən kişinin ayağı amputasiya edilib

Tərtər rayonunun Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Tərtər rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Qeyd edilib ki, A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra o, Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.