Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək.
YeniAvropa xəbər verir ki, bu barədə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının Şuşa şəhərindəki 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov məlumat verib.
O bildirib ki, artıq seçicilərin ünvanlarına bildirişlərin çatdırılması prosesi başa çatıb.