Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb.
YeniAvropa nazirliyin "Facebook" səhifəsinə istinadla xəbər verir ki, mühəndis-istehkam bölmələri ümumilikdə 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib.
Onlardan 10 min 400-ü piyada əleyhinə, 3300-ü tank əleyhinə mina, 11 min 850 partlamamış döyüş sursatı olub.