logo

Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulmasına 3 milyon ayrıldı

19:32 18-09-2018 | icon 2884
Ələt–Astara–İran ilə dövlət sərhədi–Biləsuvar avtomobil yolu yenidən qurulmasına 3 milyon ayrıldı

Prezident İlham Əliyev sentyabrın 18-də “Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki,  Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi (81 km)–Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.