Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.
YeniAvropa xəbər verir ki, bu barədə “Azəriqaz”dan bildirilib.Qeyd edilib ki, “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı fevralın 1-dən saat 12:00-dan işlər başa çatanadək “Şıxov” QPS-dən, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb.
Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, həmçinin Səbail rayonu üzrə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb.