logo

Bakıda regionun ən böyük oyun festivalı keçiriləcək

19:49 31-01-2024 | icon 805
Bakıda regionun ən böyük oyun festivalı keçiriləcək

Mayın 31-dən iyunun 2-dək Bakıda regionun ən böyük oyun festivalı olan “GameSummit Baku 2024”ün keçirilməsi planlaşdırılır.

YeniAvropa xəbər verir ki, tədbirdə qabaqcıl virtual reallığa böyük diqqət yetiriləcək.

Bundan əlavə, yerli oyun tərtibatçılarının ən son nailiyyətləri haqqında məlumatlar təqdim olunacaq, e-idman üzrə qlobal turnir keçiriləcək.

Festival biznes təşəbbüslərini və e-idmanı əhatə edəcək. Tədbir çərçivəsində böyük konsert proqramı nəzərdə tutulub.

“GameSummit Baku 2024”, həmçinin iştirakçıların oyunlar, anime, komikslər və geek mədəniyyətinin digər sahələrindən ilhamlanmış kostyumlarını nümayiş etdirə biləcəkləri “cosplay” müsabiqəsinə ev sahibliyi edəcək.