logo

Ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

18:15 31-01-2024 | icon 1288
Ölkə üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb

Ölkə üzrə 1000 seçki məntəqəsində - ümumi seçki məntəqəsinin 17 faizində veb-kameralar quraşdırılıb.

YeniAvropa xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu seçkilərdə veb-kamera quraşdırılan məntəqələrin sayı əvvəlki seçkilərlə müqayisədə 3 faizə qədər çoxdur.

"Məntəqələrdə veb-kameraların quraşdırılması 2010-cu ildə Azərbaycan Prezidentinin özünün ideyası idi. O zamandan bu təcrübə tətbiq edilir", - MSK sədri söyləyib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.