Neftçala rayonu ərazisində dənizə tökülən Bala Kürün mənsəbindəki su aşıran bənd çayın təzyiqinə davam gətirmədiyi üçün dağılıb.
YeniAvropa xəbər verir ki, Bala Kürün deltasındakı su aşıran bəndin uçmasına intensiv yağan yağışlar səbəb olub. Belə ki, Kür çayının dənizə tökülən hər iki qolunda suyun səviyyəsinin artması zamanı Bala Kür adlanan qolun deltasındakı bəndin sağ sahilində qayalıqlardan ibarət hissə sıradan çıxıb. Həmin bənd dağıldığı üçün Kürdə suyun səviyyəsi də enib. Mövcud vəziyyət davam edərsə, dəniz suyunun çaya qayıtması ehtimalı var.
Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, suyun səviyyəsi azaldıqdan sonra ərazidə bərpa və bənd bərkitmə işləri görüləcək.