logo

Vətəndaş cəmiyyəti Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir

15:55 31-01-2024 | icon 1281
Vətəndaş cəmiyyəti Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir

22 ölkədən 49 qeyri-hökumət təşkilatı və ekofəal Ermənistanın dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin dünyanın ekosistemini pozmasına dair bəyanat yayıb. Onlar Cənubi Qafqaz regionu üçün ekoloji ədalət tələb edir.

YeniAvropa həmin bəyanatı təqdim edir:

“Biz, aşağıda imza edən xarici ölkələrin vətəndaş cəmiyyəti təşkilatları və fəalları Ermənistan Respublikasının dağ-mədən sənayesində beynəlxalq ekoloji norma və standartları pozaraq həyata keçirilən işlərin ekologiyaya vurduğu ciddi ziyanla bağlı dərin narahatlığımızı bildiririk.

Ermənistanın dağ-mədən sənayesindəki hava və suyun çirklənməsi vaxtilə lokal xarakterli olsa da, artıq onun fəsadları təkcə Cənubi Qafqaz üçün deyil, bütün dünya üçün ciddi təhdidə çevrilib. Ermənistanın mədən sənayesi transsərhəd çayları çirkləndirməklə Şərqi Avropadan Mərkəzi Asiyaya qədər geniş coğrafiyada bir sıra ekoloji problemlərə səbəb olmaqda davam edir.

BMT təmiz, sağlam və davamlı ətraf mühiti əsas insan hüququ kimi tanıyır. Qlobal ictimaiyyətin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün səfərbər olduğu, ekoloji problemlərin həlli üçün səylərini gücləndirdiyi bir vaxtda Ermənistanın bu hərəkətləri Transsərhəd Çaylar Konvensiyası və BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyasının (Espoo Konvensiyası) tələblərini ciddi şəkildə pozur.

Yaxın zamanda BMT-in İqlim Dəyişmələri üzrə Tərəflər Konfransı - COP29-un Cənubi Qafqaz regionunda, Azərbaycanda keçiriləcəyini nəzərə alaraq, Ermənistan da ətraf mühitə ziyan vuran əməllərdən çəkinməli, bununla da beynəlxalq konvensiyalardan irəli gələn öz öhdəliklərini yerinə yetirməlidir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC), iqlim dəyişmələrinə həsr olunmuş əsas beynəlxalq razılaşmanın, inkişaf etmiş ölkələr üçün məcburi emissiyaların azaldılması hədəflərini müəyyən edən UNFCCC ilə əlaqəli beynəlxalq müqavilə olan Kioto Protokolunun, eləcə də UNFCCC çərçivəsində qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 2 dərəcədən çox aşağı səviyyədə məhdudlaşdırmaq məqsədi daşıyan beynəlxalq müqavilə - Paris Sazişinin tərəfi kimi, Ermənistan qlobal miqyasda iqlim dəyişmələri ilə mübarizə aparmaq və planetin qorunmasında qaydalara riayət etmək öhdəliyini götürüb.

Biz, Ermənistan hökumətini və Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin məxsus olduğu özəl şirkətləri həmin müəssisələrdə təftiş, qiymətləndirmə və monitorinq işləri aparmaq üçün ekologiya və sağlamlıq sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərə, o cümlədən qonşu ölkələrdən olan ixtisaslaşmış QHT-lərə şərait yaratmağa çağırırıq.

Biz, həmçinin Amulsar (Qeyd: Amuldağ nəzərdə tutulur) qızıl mədənində ekosistem üçün əhəmiyyətli dərəcədə zəhərli və radioaktiv çirklənmə riskləri yaradan mədən işlərinin dayandırılması ilə bağlı Ermənistan və Azərbaycanın vətəndaş cəmiyyəti təşkilatlarının bu yaxınlarda Ermənistan hökumətinə və bütün maraqlı şirkətlərə ünvanlanmış müraciətində qeyd olunan dərin narahatlığa da bölüşürük.

İmzalar:

 

  1.      

Məryəm Daneş

Vaşinqton və Li Universiteti, ekofəal

ABŞ

  1.      

Aleksandr Eames

Planet 2030 təşkilatı

Birləşmiş Krallıq

  1.      

Saurab Kumar

YOUNGO – BMT-in Gənc İqlim Çempionları

Hindistan

  1.      

Patsi Stillo

“Partners in Health” təşkilatı

ABŞ 

  1.      

Şəmsiyə Kukanbekova

Stop TB Tərəfdaşlığı

Tacikistan

  1.      

Kristina Zhorayeva

“AFEW”

Qazaxıstan

  1.      

Manoj Prabhu

“Dure”

İsveçrə

  1.      

Erna Yasareviç

“Dostluq körpüləri” 

Bosniya və Herseqovina

  1.      

Met Qarnet

Miçiqan Universiteti, eko-fəal

ABŞ

10. 

Qleb Yevqeniy

“MADI”

Rusiya

11.

Nikolay Russu

“Gənc Baxış”

Moldova

12.

Fernando Sançes

“Braziliya Tibb Bacıları” Assosiasiyası

Braziliya

13. 

Prof.Dr.Ejaz Khan

İctimai Səhiyyə və Epidemiologiya üzrə Səhiyyə Xidmətləri Mərkəzi

Pakistan

14.

Mohmad Hüseyn Lon

Beynəlxalq İnsan Hüquqları Komissiyası

İsveçrə

15.

Əhməd Hudu Abdullahi 

Afrihealth Optonet Assosiasiyası

Nigeriya

16.

Karm Sitro

“Partners in Health” təşkilatı

ABŞ 

17.

Ermin Yasareviç

“Dostluq körpüləri” 

Bosniya vəHerseqovina

18.

Naomi NguemadciIbaue Dabot

“ONG” Çad İqliminin Yaşıl Akademiyası

Çad

19.

Kristina Yakama 

“Yaxşı Səhiyyə İcma Təşəbbüsü” Qrupunun rəhbəri

Keniya

20.

Konadu 

“Altar” İnam Fondunun rəhbəri

Qana 

21.

Peter Owiti

“Wote” Gənclərin İnkişafı Təşkilatının direktoru

Keniya

22.

Zeki Kılıçaslan

İstanbul Vərəm Savaş Dərnəyi

Türkiyə

23.

Sergey Uçayev

“Ishonch və Hayot”

Özbəkistan

24.

Stiven Anquva Şikoli 

Kenyanın Vərəm çempionları Şəbəkəsi

Keniya

25.

Şəmsəddin Kuzəçi

Kərkük Mədəniyyəti İctimai Birliyi

Türkməneli-İraq

26.

Ere Qabriel Erukudi 

ətraf mühit üzrə ekspert, ekofəal

Nigeriya

27.

Festus Ngisipaan

“Kakuma” Sağlamlıq Təhlükəsizliyi Assosiasiyası

Keniya

28. 

Norman Kagiso Matiting 

“TBpeople”

Botsvana 

29.

Ezekiel Odeoh 

Aqro Ətraf Mühit Fermerləri Assosiasiyası  (AGEFA)

Keniya 

30.

Endalkchew Fekadu

“VHS” təşkilatı

Efiopiya

31.

Əli Iklaqa

“Təbii Eko Paytaxtı” təşkilatı

Nigeriya

32.

Gabriel Ekalale 

Asegis İcma Şəbəkəsi 

Keniya

33.

Nişan Çavan

İctimai Səhiyyə üzrə ekspert

Hindistan

34.

Alfred Edapal

Lomeds Təşkilatı

Keniya

35.

Çarlz Quist

“Carepol” Fondu

Qana

36.

Rebekka Abulon 

“Asegis” İcma şəbəkəsi 

Keniya

37.

Filiz Duyar Ağca

Türk Toraks Dərnəyi

Türkiyə

38.

Olorun Femi

“Təbii Eko Paytaxtı” təşkilatı

Nigeriya

39.

EMERI ELIUD

Beynəlxalq TUBAE Təşkilatı

Keniya

40.

Coz Mariya

GEP Fondu

Argentina

41.

Lemaya Lumbasi

“A4ek” QHT-si

Keniya

42.

Erlina Burhan

Respirator Xəstəliklər üzrə İndoneziya Assosiasiyası

İndoneziya

43. 

Loçuç Yatu 

“TODANYATU” İcma-əsaslı Təşkilatı

Keniya

44.

Karani Franklin 

Loyifam Təşkilatı

Keniya 

45.

Cozef Ngaukon Açuqa

“Ayok” Multi-inkişaf Təşkilatı (AMDO)

Keniya

46.

Con Akinnuba 

Ekologiya və İcma İnkişaf Mərkəzi

Nigeriya

47.

Samuel Iro Tomoro 

TUNETAD 

Keniya 

48.

Kolins Mayor Kinyuru

Pamoja TB group

Keniya

49.

Cozef Kilonzo

“BİSK” Gənclər təşkilatı

Keniya