Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekin ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindənYeniAvropa-ya bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Təhsil sahəsinin Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti olduğu vurğulanıb, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.