Türkiyənin təhsil naziri Yusuf Tekinin rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 31-də Azərbaycana səfərə gəlib.
YeniAvropa xəbər verir ki, nümayəndə heyəti bu gün Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.
Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olunub, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.