logo

AMEA-nın Direktorlar Şurası yaradılır

14:54 30-01-2024 | icon 812
AMEA-nın Direktorlar Şurası yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Direktorlar Şurası yaradılacaq.

YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.

O bildirib ki, akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi və konsensusun əldə olunması, meydana çıxan problemlərin səmərəli həlli yollarının axtarılması məqsədilə AMEA-nın Direktorlar Şurasının yaradılması zərurəti yaranıb. İsa Həbibbəyli yaradılacaq şuranın AMEA-nın elmi müəssisələri arasında qarşılıqlı əlaqələrin yaradılmasına, təcrübə mübadiləsinin aparılmasına, əmək intizamı ilə bağlı məsələlərin müzakirəsinə, eləcə də birgə elmi və elmi-texniki tədbirlərin təşkilinə xidmət edəcəyini bildirib.

Tədbirdə AMEA Rəyasət Heyətinin qərarı ilə Akademiyanın Direktorları Şurası yaradılıb və şuranın tərkibi təsdiq edilib.