Prezident İlham Əliyev yanvarın 29-da Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədrini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: "İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin".
Qeyd edək ki, İlqar Mustafayev prezidentin 1 avqust 2018-ci il tarixli sərəncamı ilə Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdi.