Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecə və səhər arabir 20-23 metrədək güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı ehtimal edilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi ehtimalı var.