Milli Hidrometeorologiya Xidməti Azərbaycanın rayonlarında hava şəraitinin dəyişəcəyi barədə məlumat yayıb.
XidmətdənYeniAvropa-ya bildirilib ki, yanvarın 27-sindən 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq.
Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 metr/saniyəyədək güclənəcək.
Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var.