logo

Gürcüstan Azərbaycan və Ermənistanın tezliklə sülh sazişi imzalayacağına ümid edir

19:20 26-01-2024 | icon 1386
Gürcüstan Azərbaycan və Ermənistanın tezliklə sülh sazişi imzalayacağına ümid edir

Biz Azərbaycan ilə Ermənistan arasında davam edən dialoqa böyük nikbinlik və ümidlə baxırıq. Ümidvar olduğumu bildirmək istərdim ki, onlar tezliklə regionda mövcud sülhü möhkəmləndirəcək, sabitliyə kömək edəcək sülh sazişi imzalayacaqlar.

YeniAvropa xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Qaribaşvili ermənistanlı həmkarı Nikol Paşinyanla görüşdən sonra keçirilən brifinqdə söyləyib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, ölkəsi həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olub.

“Ümidvaram ki, Ermənistan və Azərbaycan tezliklə sülh sazişi imzalayacaqlar, bu, şübhəsiz, regionda sülhü təşviq edəcək və möhkəmlədəcək, sabitliyə kömək göstərəcək. Bir daha təkrar etmək istəyirəm ki, bu, bizim ölkələrimiz və xalqlarımız üçün vacibdir”, - deyə İrakli Qaribaşvili vurğulayıb.