Yanvarın 26-da respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.
YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuliyə daha 30 ailə (104 nəfər) köçürülüb.
Qeyd edək ki, indiyədək Füzuli şəhərində 500 ailənin (1854 nəfər) daimi məskunlaşması təmin edilib.