Ötən il 58 nəfər mina və hərbi sursat partlayışının qurbanı olub.
YeniAvropa xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev qurumun 2023-cü ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclasında deyib.
Baş prokuror bildirib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd edib ki, 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək 342 nəfər mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.