Türkdilli Dövlətlərin Rəqabət Şurası yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv türkdilli dövlətlərin rəqabət qurumlarının iclasına qatılmaq məqsədilə İstanbula işgüzar səfər edib.
Dövlət Xidmətindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Türkiyənin Ticarət Nazirliyi, Türkiyə Rəqabət Qurumu, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikalarının rəqabət orqanlarının nümayəndələri iştirak ediblər.
Tədbirin keçirilməsində məqsəd “Türkdilli Dövlətlərin Rəqabət Şurası”nın təsis edilməsi, bu platforma üzərindən rəqabət orqanları arasında məlumat mübadiləsinin təmin olunması, qlobal çətinliklərlə mübarizə, rəqabət siyasəti və hüququnun inkişaf etdirilməsi, ölkələrarası inteqrasiya və regional əməkdaşlığın gücləndirilməsi olub. Tədbirdə Türkiyənin ticarət naziri Ömər Bolat, Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle və digər rəsmilər çıxış edib. İclas türkdilli dövlətlərin rəqabət qurumlarının təqdimatları və əməkdaşlıq layihələrinin müzakirəsi ilə davam etdirilib.
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Türk Dövlətləri Təşkilatının quruma üzv dövlətlər arasında iqtisadi, mədəni və siyasi əlaqələrin inkişafında rolunu vurğulayıb. Daha sonra Azərbaycanda rəqabətin qorunması və təkmilləşdirilməsi istiqamətində Dövlət Xidmətinin təşəbbüsü ilə hazırlanan Rəqabət Məcəlləsində yer alan tənzimləmə müddəalarından söz açılıb. Bildirilib ki, məcəllə ölkədə biznes və investisiya mühitinin inkişafına və səmərəliliyin artırılmasına töhfə verəcək. Vurğulanıb ki, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər bazar subyektləri və istehlakçıların mənafelərinin qorunması, rəqabətli iqtisadi mühitin inkişafı, keyfiyyət sahəsində cəmiyyətin rifahının təmin olunmasına hədəflənib.
İclasın sonunda rəqabət qurumlarının rəhbərləri tərəfindən “Türkdilli Dövlətlərin Rəqabət Şurası”nın təsis edilməsinə dair sənəd imzalanıb və eyniadlı şuranın yaradılması elan edilib. Bundan başqa, tərəflər Türkdilli Dövlətlərin Rəqabət Şurası çərçivəsində Şuşa şəhərində Rəqabət Forumunun keçirilməsinə dair razılığa gəliblər.
Səfər çərçivəsində, həmçinin Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli və Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Küle arasında ikitərəfli görüş keçirilib. Görüşdə qardaş ölkə ilə ticarət əlaqələri və əlverişli investisiya layihələrinin həyata keçirilməsində sağlam rəqabət mühitinin önəmindən bəhs edilib. Qabaqcıl beynəlxalq təcrübə əsasında hazırlanmış və yenicə təsdiq olunmuş Rəqabət Məcəlləsində biznes və rəqabət mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində tətbiq olunan müasir yanaşmalar barədə məlumat verilib. Hər iki qurumda kadr potensialının inkişafı məqsədilə əməkdaşların uzunmüddətli qarşılıqlı olaraq iş prosesinə cəlb olunması, rəqabət sahəsində məlumat bazasının inkişaf etdirilməsi üçün nəzəri və praktiki baxımdan təcrübə mübadiləsi istiqamətlərində razılıq əldə edilib.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etmək məqsədi daşıyan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb.
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb
Azərbaycanla Ukrayna ekologiya sahəsində əməkdaşlıq Memorandumu imzalayıb
Zelenski 34 nəfəri dövlət mükafatlarından məhrum edib
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır
İstanbulda Azərbaycan-Türkiyə enerji əməkdaşlığı müzakirə edilib
DSX-da gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gələn il "Şahdağ"da Avrasiya Dağ Kurortları Festivalı keçiriləcək
Sabah bakıda 18° isti olacaq
Azərbaycanın turizm potensialı Daşkənd beynəlxalq sərgisində nümayiş olunur
Qırğızıstan Azərbaycanla ikiqat vergitutmanı aradan qaldırıb
İlham Əliyev İsrailin nəqliyyat nazirini qəbul edib
Almaniya Rusiya ilə müharibə üçün əməliyyat planı hazırlayıb
"Azercell"dən “Möhtəşəm Cümə” endirimləri
"DÇ-2026"da İspaniya və ya Argentina çempion olacaq-"Goal"un proqnozu
Cari ildə 301 sərhəd pozucusu saxlanılıb-Araz Məmmədov