logo

Yasamalda əməliyyatlarda  30 narkotacir saxlanılıb

12:12 25-01-2024 | icon 602
Yasamalda əməliyyatlarda  30 narkotacir saxlanılıb

Son 20 gün ərzində Yasamal rayonunda keçirilmiş silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 30 nəfər rayon polis idarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, həmin şəxslərdə 5 kiloqram heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.