logo

Ötən gün ölkə ərazisində 42 kq narkotika aşkarlanıb

11:11 25-01-2024 | icon 1176
Ötən gün ölkə ərazisində 42 kq narkotika aşkarlanıb

Polis əməkdaşlarının yanvarın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 42,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 42 kiloqrama yaxın marixuana, 400 qrama yaxın heroin, 290 qramdan çox metamfetamin və 3034 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.