Qazaxıstanın Mərkəzi Seçki Komissiyası(MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə göndərilən müşahidəçilərin siyahısını təsdiqləyib.
YeniAvropa xəbər verir ki, bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, siyahıya 19 nəfər daxildir.
Bildirilib ki, onların arasında Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov da var.
Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.