logo

Şanxay Əməkdaşlıq Təşkilatı da Azərbaycana missiya göndərir

21:51 24-01-2024 | icon 1232
Şanxay Əməkdaşlıq Təşkilatı da Azərbaycana missiya göndərir

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) dəvəti ilə prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası ölkəyə gələcək.

YeniAvropa xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hazırda missiyanın tərkibi formalaşdırılır.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkidə 7 namizəd mübarizə aparır:

1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;

3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.