logo

ATƏT/DTİHB Seçki Müşahidə Missiyası Ədliyyə Nazirliyində olub

19:20 24-01-2024 | icon 1204
ATƏT/DTİHB Seçki Müşahidə Missiyası Ədliyyə Nazirliyində olub

Yanvarın 24-də ədliyyə nazirinin müavini Toğrul Musayev fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının rəhbəri Eoqan Mörfi və üzvləri ilə görüşüb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, tədbirdə Seçki Müşahidə Missiyasının məqsəd və fəaliyyəti, Azərbaycana səfərinin və keçirdiyi görüşlərin əhəmiyyəti qeyd olunub. Ölkəmizin ilk dəfə bütün ərazilərində keçiriləcək prezident seçkilərində ədliyyə orqanlarının vəzifələri, siyasi partiyaların seçkilərdə iştirakı, onların fəaliyyətinin yeni qanunvericiliyinin tələblərinə uyğun qurulması müzakirə edilib.

Qonaqlar penitensiar müəssisələrdə seçkilərin keçirilməsinin təşkili, seçici siyahılarının hazırlanmasında nazirliyin iştirakı, müvafiq məlumatların yoxlanılması ilə bağlı ekspertizanın keçirilməsi barədə məlumatlandırılıb.

İnteraktiv müzakirə şəraitində keçən görüşdə maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.