Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 17:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər bölgələrində qarlı hava şəraiti davam edir.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, hazırda Naxçıvan, Şərur, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Zaqatala, Altıağac, Quba, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada qar yağır.
Göygöl, Şahbuz, Balakən, Şəki, Sarıbaş (Qax), Şamaxı, Göyçayda duman müşahidə olunur. Həmin ərazilərdə görmə məsafəsi 200-500 metrədək məhdudlaşıb.