Bu gün İran prezidenti Seyid İbrahim Rəisi Türkiyəyə rəsmi səfərə gəlib.
YeniAvropa xəbər verir ki, səfər zamanı ikitərəfli və heyətlər arasında görüşlər keçiriləcək. Əsas gündəm mövzuları terrorla birgə mübarizə, İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmalarıdır.
Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçirilməsi, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və elm kimi ayrı-ayrı sahələrdə sənədlərin imzalanması nəzərdə tutulur.
İki dövlət başçısının mediaya birgə açıqlama vermələri gözlənilir.