logo

Bakı metrosunda ölüm hadisəsi baş verib

15:15 24-01-2024 | icon 1106
Bakı metrosunda ölüm hadisəsi baş verib

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinin halı pisləşdiyi üçün maşinistə daxil olan məlumat əsasında dərhal tədbirlər görülüb.

“Bakı Metropoliteni” QSC-dən YeniAvropa-ya bildirilib ki, dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb.

“Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimala görə, 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib”, - deyə məlumatda bildirilir.