Prezident İlham Əliyev yanvarın 24-də “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Sərəncamda deyilir: “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:
Müşahidə Şurasının sədri
İsmayılov Dağbəyi Mirzəxan oğlu
Müşahidə Şurasının üzvləri:
Əliyev Vüqar Zifər oğlu
Mehrəliyeva Şəfəq Akif qızı
Mikayılova Sevil Əlirazı qızı
Şıxlinskiy Elçin İsmayıl oğlu.