2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Milli Məclisin mətbəəsində seçki bülletenlərinin çapına başlanılıb.
YeniAvropa xəbər verir ki, yanvarın 24-də Mərkəzi Seçki Komissiyasının(MSK) sədri Məzahir Pənahov mətbəəyə gələrək çap prosesinin gedişi və yaradılmış şəraitlə tanış olub.
Xatırladaq ki, fevralın 7-ə təyin edilən növbədənkənar prezident seçkilərində iştirak üçün MSK 7 nəfərin-İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev, Fuad Əliyevin namizədliklərini qeydə alıb.