logo

Qax rayonuna 45 sm qar yağıb

10:30 24-01-2024 | icon 2359
Qax rayonuna 45 sm qar yağıb

Yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunmaqdadır. Hazırda bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qar örtüyünün hündürlüyü Qaxda 45, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 44, Kişçay (Şəki), Ordubadda 29, Daşkəsəndə 26, Yardımlı, Gəbədəydə 20, Qəbələdə 18, Göygöldə 17, Lerikdə 16, Qrızda 13, Şəki, Şahbuz, Biləsuvarda 12, Xaltan, Quba, Oğuzda 11, Zaqatala, Qusarda 9, Göytəpə, Naxçıvan, Altıağac, Tovuzda 8, Ceyrançöldə 7, Sədərəkdə 6, Göyçay, Mingəçevir, Şərurda 5, İmişli, Tərtər, Şabranda 4, Qobustan, Ağdam, Ağstafada 3, Gəncədə 2, Culfa, Şəmkirdə və Bakıda və Abşeron yarımadasında 1 santimetr olub.

Düşən yağıntının miqdarı Yardımlıda 26, Lənkəranda 25, Sarıbaşda (Qax) 19, Lerik, Göyçayda 16, Şərur, Cəlilabadda 15, Astarada 14, Zərdab, Lerikdə 12, Biləsuvar, Gədəbəydə 11 millimetr, Kişçay (Şəki), Qəbələ, Oğuz, Kürdəmir, Şəki, Şahbuz, Daşkəsən, Beyləqan, İmişli, Zaqatala, Mingəçevir, Sabirabad, Ağdam, Neftçala, Tovuz, Göygöl, Naxçıvan, Balakən, Quba, Xaltan, Bərdə, Yevlax, Ordubad, Altıağac, Qusar, Tərtər, Qobustan, Sədərək, Şabran, Gəncə, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Ağstafa, Naftalan, Culfa, Salyan, Ceyrançöl, Ağsu, Ağcabədi, Şirvanda 10, Bakıda və Abşeron yarımadasında isə 9 millimetrədək olub.

Şimal-qərb küləyi əsib, arabir Naftalanda saniyədə 18, Şirvan, Ordubadda 16, Bakıda və Abşeron yarımadasında isə 15-20 metrədək güclənib. Neft daşları hidrometeoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0°-yə yaxın, Naxçıvan Muxtar Respublikasında 2-5° şaxta, Aran rayonlarında 1°-dək şaxta, dağlıq rayonlarda 7°-dək şaxta, yüksək dağlıq ərazilərdə isə 15°-dək şaxta olub.