Azərbaycanda ən yaşlı seçicinin 124 yaşı var.
YeniAvropa “secki-2024.az” saytına istinadla xəbər verir ki, o, 1900-cü il təvəllüdlü Nəbiyeva Bari Şamı qızıdır.
Onun adı 93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.
Bari Nəbiyevanın uzun illər kolxozda çalışıb. Pensiyaçıdır, hazırda 327 manat təqaüd alır.
Onun 8 övladı, 30-dan çox nəvəsi, çoxlu nəticəsi var.