logo

Prokurorluq hərbi zavodda partlayışla bağlı araşdırma aparır

17:32 23-01-2024 | icon 1295
Prokurorluq hərbi zavodda partlayışla bağlı araşdırma aparır

Yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

Şəhər prokurorluğundan YeniAvropa-ya bildirilib ki, ilkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Babayev Elçin Cahangir oğlu, 2001-ci il təvəllüdlü Muradov İsmayıl İntiqam oğlu və 1999-cu il təvəllüdlü İmanov Məhəmməd İlham oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyənləşdirilib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir.

Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 millimetrlik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.