logo

Ötən il "İnterpol"la axtarılan 108 şəxsin yeri müəyyənləşib

17:17 23-01-2024 | icon 1141
Ötən il "İnterpol"la axtarılan 108 şəxsin yeri müəyyənləşib

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin yeri müəyyən olunub.

YeniAvropa xəbər verir ki, bu sözləri daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında çıxışı zamanı söyləyib.

Bildirilib ki, prokurorluq orqanlarının əməkdaşları ilə birgə keçmiş illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib. 426 fakt üzrə təqsirli şəxslər məsuliyyətə cəlb olunub, o cümlədən cinayətlərin ağır, xüsusilə ağır və transmilli mütəşəkkil növlərinin qarşısının alınması və istintaqı kimi mühüm vəzifələrin icrasında böyük bir iş həcmi yerinə yetirilib. Təqsirləndirilən şəxslərin axtarışının nəticələri 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib. Habelə Dövlət Təhlükəsizliyi Xidməti ilə sıx qarşılıqlı əlaqədə dini radikalizmə qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə önəmli nəticələrə nail olunub.