logo

Sabah Bakıda arabir sulu qar yağacaq,2° isti olacaq

13:13 23-01-2024 | icon 637
Sabah Bakıda arabir sulu qar yağacaq,2° isti olacaq

Azərbaycanda yanvarın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yuxarı - 771 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17°, gündüz 5-10° şaxta olacağı bildirilir.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.