Bu gün saat 10:15 radələrində Azərbaycan Dəmir Yollarına(ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmir yolu xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 nömrəli avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub.
ADY-dən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmir yolu xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır.