logo

Əli Əsədov Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb

19:49 22-01-2024 | icon 1183
Əli Əsədov Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşüb

Yanvarın 22-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticari əməkdaşlığının aktual məsələləri və birgə layihələrin həyata keçirilməsinin gedişatı müzakirə olunub.

Tərəflər Azərbaycan-Rusiya əməkdaşlığının 2024-2026-cı illər üçün əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsinin imzalanmasının əhəmiyyətini qeyd ediblər.