logo

Ötən il Azərbaycana gətirilən qaçaqmalın dəyəri açıqlanıb

15:15 22-01-2024 | icon 1141
Ötən il Azərbaycana gətirilən qaçaqmalın dəyəri açıqlanıb

Valyuta sərvətlərinin ölkənin gömrük sərhədindən keçirilməsi zamanı qanunvericiliyin tələblərini pozan müxtəlif şəxslərdən 321 min ABŞ dolları, 2 milyon 303 min manat dəyərində 7710 ədəd qızıl zinət əşyaları; 1,5 kq qızıl külçələr, 251 min 800 manat dəyərində 5899 ədəd gümüş zinət əşyaları və 59,5 kq gümüş külçələr aşkar olunub.

YeniAvropa xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Bəhruz Quliyev DGK-nın illik hesabatına həsr olunmuş kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə ümumi dəyəri 7 milyon 788 min 900 manat mobil telefonlar, avtomobil ehtiyat hissələri, elektron siqaretlər, məişət texnikası və əşyaları, xaricdə istehsal olunan aksiz markasız siqaretlər, spirtli içkilər, dərman vasitələri, tibb ləvazimatlar və qida əlavələri gömrük orqanları tərəfindən saxlanılıb.