logo

Əməkdar artist 65 yaşında vəfat edib

10:10 22-01-2024 | icon 1099
Əməkdar artist 65 yaşında vəfat edib

Əməkdar artist Niftulla Fətulla oğlu Əsgərov uzun sürən xəstəlikdən sonra 2024-cü il yanvarın 22-si səhər saatlarında vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Lənkəran Dram Teatrından məlumat verilib.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrın səhnəsində, eləcə də bir sıra serialda yaddaqalan obrazlar yaradıb. 

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!