Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 112 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstünün açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 38 fakt müəyyən edilib.