logo

Daha 30 ailə Füzuliyə yola salınıb

09:22 22-01-2024 | icon 2709
Daha 30 ailə Füzuliyə yola salınıb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

YeniAvropa xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.