Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 68 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin üstünün açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 53, o cümlədən borclu şəxs qismində axtarılan 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqədar 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.